Harri Keyn ciddi zədə aldı

18:33 - 12 Mart 2018

“Tottenhem”in və İngiltərə millisinin hücumçusu Harri Keyn "Bornmut"la matçda ciddi zədə alıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqanın 30-cu turunun qarşılaşmasında rəqib qolkiper Asmir Beqoviçlə mübarizə zamanı zədələnən forvard uzun müddət yaşıl meydandan kənarda qala bilər. Bu barədə Britaniya mətbuatı xəbər yayıb. Keynin dünya çempionatından kənar qalmaq təhlükəsi də var.

 

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 24 qol vurub və bombardirlik yarışında Məhəmməd Salahla birgə başçılıq edir.

Xəbər xətti