Azarkeşə tüpürən veteran futbolçu 1 milyonluq işindən qovuldu

14:40 - 13 Mart 2018

“Liverpul”un əfsanəvi müdafiəçisi Ceymi Karrager “Sky Sports” kanalından işdən azad edilib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqanın son turunda “Liverpul”un səfərdə “Mançester Yunayted”ə uduzduğu matçdan sonra (1:2) Karrager “qırmızı şeytanlar”ın fanatlarından birinin ona atmaca atmasını həzm etməyib. Karrager maşınının şüşəsini aşağı endirərək azarkeşə tərəf tüpürüb. Bu olayın kameralra həkk olması isə hadisəni daha da geniş yayılmasına səbəb olub. "Sky Sports" kanalı daxilində keçirilən iclasdan sonra İngiltərə millisinin keçmiş üzvü işdən azad edilib.

 

Qeyd edək ki, Karragerin kanalda illik qazancı 1 milyon funt-sterlinq idi.

Xəbər xətti