Premyer Liqa klubunda yeni baş məşqçi

19:18 - 15 Mart 2018

İngiltərə Premyer Liqasında mövsümün növbəti məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Sauthempton" baş məşqçi Maurisiyo Pelleqrino ilə yoları ayırıb. Buna səbəb komandanın göstərdiyi uğursuz nəticələr olub.

 

Artıq klubun yeni baş məşqçisi də müəyyənləşib. Belə ki, Mark Hyuzla mövsümün sonunadək müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, 30 turdan sonra aktivində 28 xal olan "Sauthempton" Premyer Liqada turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti