"Arsenal"da yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, "topçular" Məhəmməd El-Nenni ilə müqavilənin müddətini uzadıb. 25 yaşlı yarımmüdafiəçi ilə 2022-ci ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, El-Nenni bu mövsüm 25 matçda meydana çıxıb. Misir millisinin üzvü 2016-cı ildə "Bazel"dən "Arsenal"a transfer olub.
saytlarin hazirlanmasi