Yeni mövsümə iddialı bir şəkildə gəlmək istəyən "Mançester Yunayted"in daha bir transfer hədəfi bəlli olub.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo heyətdə "Bavariya"nın yarımmüdafiəçisi Arturo Vidalı görmək istəyir. Çili mətbuatında yer alan məlumata görə, Mançester təmsilçisi bu keçid üçün 48 milyon avroluq təklif göndərməyə hazırlaşır. Vidala isə 4 illik müqavilə və illik 14,4 milyon avroluq maaş təklif ediləcək.
Qeyd edək ki, Çili millisinin üzvü 2015-ci ildə 37,5 milyon avro qarşılığında "Yuventus"dan "Bavariya"ya keçmişdi. 30 yaşlı futbolçu cari mövsüm 34 oyuna 6 qol vurub və 2 assist edib.
saytlarin hazirlanmasi