İtaliya A Seriyasında növbəti çempionluğa yaxın olan "Yuventus" transfer fəaliyyəti üçün düyməni basıb.
Sportal.az xəbər verir ki, "Liverpul"dan Əmrə Canın transferi üçün çalışan "qoca sinyora" bu dəfə "Mançester Yunayted"in futbolçusu Antoni Marsiala göz dikib. Bu keçidi sürətləndirmək üçün "Yuventus" araya Bleyz Matuidini də salıb. Matuidi Fransa millisində komanda yoldaşı olan gənc vingeri razı salmağa çalışır. İtaliya mətbuatında yer alan xəbərə görə, "Yuventus" Marsialı bir müddətdir ki, yaxında izləyir.
Qeyd edək ki, 22 yaşlı futbolçu 2016-cı ildə 60 milyon avro qarşılığında "Monako"dan "Mançester Yunayted"ə transfer olmuşdu. Marsial bu mövsüm 40 oyuna 11 qol vurub və 10 assist edib. Onun "qırmızı şeytanlar"la müqaviləsi gələn mövsümün sonu başa çatır.
saytlarin hazirlanmasi