İngiltərə Premyer Liqasında mübarizə aparan "Stok Siti"də çıxış edən Xerdan Şakiri ayrılıq mesajı verib.
Sportal.az xəbər verir ki, isverçəli yarımmüdafiəçi komandada keyfiyyət əskikliyindən şikayətlənib:
"Bu komandada Ronaldinyonun belə edəcəkləri məhdud olardı. "Stok Siti"də istədiyimi edə bilmirəm, çünki ətrafımda keyfiyyət əskikliyi var. "Bavariya"da Riberi, Tyaqo Alkantara, "İnter"də Mauro İkardi kimi futbolçularla birgə oynadığım üçün bunun fərqindəyəm".
Qeyd edək ki, 26 yaşlı futbolçu bu mövsüm 31 oyuna 7 qol vurub və 6 assist edib. Şakirinin "Stok Siti" ilə müqavilə 2020-ci ilə qədərdir. Hazırda "Stok Siti" 27 xalla Premyer Liqanın turnir cədvəlində 19-cu sırada qərarlaşıb.
saytlarin hazirlanmasi