İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futboloçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, ötən ayın ən yaxşı futbolçusu "Liverpul"un hücumçusu Məhəmməd Salah seçilib. Misirli forvard azarkeşlər arasında keçirilən səsvermədə 80 faiz səs toplayaraq bütün rəqiblərini qabaqlayıb.
Səsvermədə sonrakı yerləri Dele Alli, Yan Vertongen, Son Hyunq-min və Leroy Sane tutub.
Qeyd edək ki, Salah mart ayı ərzində meydana çıxdığı 4 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi