"Liverpul"un futbolçusu üçün mövsüm başa çatdı

14:45 - 10 Aprel 2018

“Liverpul” ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, Əmrə Canın durumuna aydınlıq gəlib. Almaniya millisinin üzvü zədə səbəbindən mövsümü başa vurmalı olub. İngiltərə Premyer Liqasının 31-ci turunda “Uotford”la keçirilən oyunda belindən zədə alan yarımmüdafiəçinin zədəsi ciddi olub.

 

Qeyd edək ki, 24 yaşlı oyunçunun dünya çempionatı yollanıb-yollanmayacağı bəlli deyil. Əmrənin "Liverpul"la müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti