“Mançester Siti”nin hücumçusu Serxio Aquero mövsümü başa vurmalı olub.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted"lə matçda ciddi zədə alan forvard əməliyyat olunub. Argentinalı oyunçu mövsümün digər matçlarında çıxış etməyəcək.
30 yaşlı hücumçunu həkimlər dünya çempionatına yetişdərəmə çalışacaqlar. Onun mundialda iştirak edəcəyi proqnozlaşdırılır.
Serxio Aquero bu mövsüm Premyer Liqada 21 qol vurub.