"Co Hart millinin qapısını qorumamalıdır"

13:29 - 18 Aprel 2018

İngiltərə Premyer Liqadasında "Stok Siti" ilə qarşılaşan "Vest Hem"in qapıçısı Co Hartın etdiyi böyük səhv İngiltərədə günün mövzusuna çevrilib.

 

Sportal.az xəbər verir ki, dünya çempionatında yarışacaq İngilətərə millisinin qapısını qoruması gözlənilən Hartla bağlı "Çels"nin keçmiş oyunçularından olan Kris Satton açıqlama verib. Satton Hartın millinin qapısını qorumamalı olduğunu söyləyib: "Co Hard mundialda İngiltərənin qapısını qorumamalıdır. Ondan daha yaxşı qapıçılar var".

 

Coe Hart "Stok Siti" ilə görüşdə (1:1) topu əlindən qaçıraraq Krauçun qoluna mane ola bilməmişdi.

 

30 yaşlı əlcək sahibi 2008-ci ildən milliyə dəvət alır.

Xəbər xətti