"Hakimin qərarı məni çox təəccübləndirdi. Qırmızı vərəqə mənim üçün anlaşılmaz idi".
Sportal.az xəbər verir ki, bu sözləri İngiltərənin "Mançester Siti" klubunun 19 yaşlılardan ibarət komandasının baş məşqçisi Saymon Devis deyib.
"Şəhərlilər" UEFA Gənclər Liqasının yarımfinal mərhələsində "Barselona" ilə qarşılaşıb və məğlub olub - 4:5. Oyunu idarə edən azərbaycanlı FİFA referisi Əliyar Ağayev görüşün 36-cı dəqiqəsində İngiltərə klubunun üzvü Lorenso Qonzalesə qırmızı vərəqə göstərib.
Həmin epizod barədə danışan mütəxəssis hakimin qərarına münasibət bildirib: "Biz həmin epizodun təkrarına baxdıq. Top bizim futbolçumuzda idi və rəqib Lorensoya müdaxilə edirdi. Həmin epzioddan qırmızı vərəqədən söhbət gedə bilməzdi. Hakimin bu qərarı mənim üçün anlaşılmaz oldu".
Qeyd edək ki, "Mançester Siti" - "Barselona" matçında Əliyar Ağayevin köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olub. Dördüncü hakim funksiyasını Sandro Şarer (İsveçrə) yerinə yetirib.
saytlarin hazirlanmasi