Mövsümün sonunda "Arsenal"da ayrılacaq Arsen Venger gələcəyi ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, 68 yaşlı mütəxəssis məşqçilik karyerasını davam etdirəcəyini deyib: "Düzdü, nə edəcəyimi hələ bilmirəm. Bir müddət dincələcəm, yoxsa yox, hələ qərar verməmişəm. Dəqiq olan budur ki, işləməyə davam edəcəm".
Qeyd edək ki, 1996-cı ildən "Arsenal"a rəhbərlik edən fransız çalışdırıcı London klubu ilə 3 dəfə İngiltərə Premyer Liqasının qalibi olub, 7 dəfə isə İngiltərə kubokunu qazanıb.
saytlarin hazirlanmasi