"Liverpul"un futbolçusu mövsümü başa vurdu: mundialı da buraxacaq

00:03 - 26 Aprel 2018

Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Roma” ilə ilk oyunun əvvəlində zədələnərək meydanı tərk edən “Liverpul”un yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberleynin durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi artıq mövsümü erkən başa vurub. Diz bağları qopan futbolçunun dünya çempionatında İngiltərə millisinə kömək etməyəcəyi dəqiqdir.

 

Qeyd edək ki, 24 yaşlı futbolçu ötən yay "Arsenal"dan "Liverpul"a keçib.

Xəbər xətti