Meksika millisinin üzvü Xavyer Hernandesin mövsümün sonunda "Vest Hem"dən ayrılacağı iddia edilir.
Sportal.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 29 yaşlı forvard DÇ-2018-dən sonra London klubundan ayrılacaq. Mövsümün əvvəlində Leverkuzen "Bayer"indən 18 milyon avroya "çəkicdöyənlər"ə transfer olan forvard Premyer Liqada istədiyi oyunu sərgilə bilmədiyi üçün ayrılıq qərarı verib.
Çiçarito ilə İspaniyanın "Valensiya" və "Real Sosyedad" klubları maraqlanır.
Meksikalı futbolçu Premyer Liqada 28 oyuna 8 qol vurub, 1 assist edib.
saytlarin hazirlanmasi