Türkiyənin "Altınordu" klubunun prezidenti Seyid Mehmet Özkan açıqlama verib. O, 2016-cı ilin avqustunda 2,5 milyon avroya komandasından Almaniyanın "Frayburq" klubuna transfer olan Çağlar Söyüncünün İngiltərəyə transfer olacağını deyib.
Sportal.az xəbər verir ki, prezident "Altınordu" yetirməsinin "Arsenal"la anlaşmaq üzrə olduğunu bildirib:
"Çağlar Söyüncü "Arsenal"la anlaşmaq üzrədir. London klubu bizdən gənc futbolçuların siyahısını istəmişdi. Bu transferdən biz də pul qazanacağıq".
Klub patronu yayda 3 futbolçunu Avropaya satacaqlarını vurğulayıb:
"Qapıçılarımız - Erce Kardeşlerlə Berke Özər və yarımmüdafiəçimiz Barış Alıcını Avropaya satacağıq".
Qeyd edək ki, 21 yaşlı müdafiəçi Çağlar Söyüncü Türkiyə millisinin üzvüdür.
saytlarin hazirlanmasi