“Liverpul”un və İngiltərə millisinin əfsanəvi futbolçusu Stiven Cerrard baş məşqçi kimi çalışdıracağı ilk klub müəyyənləşib.
Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis Şotlandiyanın köklü klubu olan “Reyncers”lə anlaşıb. O, Qlazqo təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.
Cerrardın köməkçisi Qari Makkalister olacaq.
Qeyd edək ki, Cerrard "Liverpul" akademiyasında bütün yaş qruplarına cavabdeh şəxsdir. O, həm də Brtianiyanın "BT Sport" kanalında ekspertdir.
saytlarin hazirlanmasi