"Arsenal"ın futbolçusu üçün mövsüm başa çatdı: DÇ-də oynamayacaq

16:06 - 4 May 2018

Fransa millisinin və İngiltərənin "Arsenal" klubunun futbolçusu Loren Koselni dünya çempionatında iştirak etməyəcək.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda səfərdə İspaniyanın "Atletiko" komandası ilə görüşdə xəsarət alan müdafiəçinin bərpa müddəti bir neçə ay çəkəcək.  33 yaşlı futbolçunun 6 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir. Koselni Fransa milli komandasında 51 oyun keçirib. 

 

Xatırladaq ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərinə keçiriləcək. Fransa millisi Avstraliya, Peru və Danimarka yığmaları ilə birgə C qrupunda yer alıb.

Xəbər xətti