Kot-d-İvuar millisinin futbolçusu Yaya Ture mövsümün sonunda çıxış etdiyi "Mançester Siti"dən ayrılacaq.
Sportal.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Pep Qvardiola məlumat verib. O, 34 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonu başa çatacaq müqavilənin müddətini uzatmayacaqlarını deyib.
Qeyd edək ki, Ture 2010-cu ildə "Barselona"dan 24 milyon funt-sterlinq qarşılığında "Mançester Siti"yə transfer olunub.
saytlarin hazirlanmasi