Mayın 5-də xəstəxanaya yerləşdirilən “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson bir müddət reanimasiyada qalacaq.
Sportal.az xəbər verir ki, beyninə qansızmadan əməliyyat olunan sabiq çalışdırıcının daha tez sağalması üçün bir müddət daha reanimasiyada qalmalı olacaq.
Xatırladaq ki, şotland mütəxəssis 2013-cü ildə məşqçi karyerasını başa vurub.
76 yaşlı Ferqyuson 1986-2013-cü illər aralığında “Mançester Yunayted”in baş məşqçisi olub. “Qırmızı şeytanlar” əfsanəvi məşqçisinin rəhbərliyi altında 13 dəfə İngiltərə çempionu, 2 dəfə UEFA Çempionlar Liqasının, 5 dəfə Federasiya Kubokunun, 4 dəfə Liqa Kubokunun qalibi olub.
saytlarin hazirlanmasi