Avropa Liqasının yarımfinal mərhələsinin “Atletiko” ilə cavab oyununda (0:1) zədələnən “Arsenal”ın müdafiəçisi Loran Koselninin durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, ayaq bağlarında qopma olan 32 yaşlı futbolçu bu ilin dekabr ayında yaşıl meydanlara qayıda biləcəyi ehtimal olunur.
Koselni DÇ-2018-də Fransa millisinə kömək edə bilməyəcək. Təcrübəli müdafiəçi ötən aylarda mundialdan sonra yığma karyerasını başa vuracağını açıqlamışdı.
saytlarin hazirlanmasi