Runi ABŞ yolunda

11:58 - 9 May 2018

"Everton"un hücumçusu Ueyn Runi klubdan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, təcrübəli forvard karyerasını ABŞ-da davam etdirə bilər. MLS təmsilçisi "Di Si Yunayted" Runi ilə danışıqlar aparır. 32 yaşlı oyunçu ilə razılıq əldə edilsə, müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Runi bu mövsüm 40 oyunda 10 qol və 2 assistlik performans sərgiləyib.

Xəbər xətti