De Xea "Qızıl əlcək" mükafatını qazandı

14:57 - 11 May 2018

“Mançester Yunayted”in qapıçısı David de Xea Premyer Liqanın 37-ci turunda "Vest Hem"lə görüşdə qapısını toxunulmaz saxlamaqla (0:0) mükafata sahib olub.

 

Sportal.az xəbər verir ki, bu matçdan sonra ispaniyalı əlcək sahibi mövsüm ərzində 18 "quru oyun" keçirib. Bununla da qapıçı Premyer Liqanın “Qızıl əlcək” mükafatını qazanıb. 27 yaşlı futbolçu bu mükafata ilk dəfə sahib olub.

Xəbər xətti