Co Hart: "Bu qərarla barışmaq çətindir"

13:52 - 19 May 2018

"Mançester Siti"nin qapıçısı, cari mövsümü "Vest Hem"də keçirən Co Hart İngiltərə millisinin dünya çempionatına aparılacaq heyətinə daxil edilməməsi haqda açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 2008-ci ildən yığmaya dəvət alan qolkiperi qərara görə məyus olduğunu deyib:

 

"Gizlətməyəcəm, çox məyusam. İki il ərzində çətin vəziyyətdə nəyəsə nail olmağa cəhd göstərdikdən sonra bu qərarla barışmaq çətindir. Seçmə mərhələdə komanda ilə birgə bu çətin işin öhdəsindən gəldiyimiz üçün qürur duyuram. Milli komandaya uğurlar arzu edirəm. Futbolçular bilir ki, bu dəfə onlarla olmasam da, millini dəstəkləyəcəm. Qorxmayın, gedin və "döyüşün". 

 

Qeyd edək ki, Dünya çempionatına qapıçılardan Cek Batlend ("Stok Siti"), Cordan Pikford (Everton) və Nik Poup ("Börnli") aparılacaq.  

Xəbər xətti