22 ildən sonra "Arsenal"dan ayrılan Arsen Venger açıqlama verib.
Sportal.az xəbər verir ki, mütəxəssis onun əvəzinə posta Mikel Artetanın gətiriləcəyilə bağlı gəzən şayiələrə münasibət bildirib. Fransalı çalışdırıcı Aretatnı doğru seçim kimi qiymətləndirib:
"Arteta bu iş üçün lazım olan potensial var. Məncə, bu iş üçün ən layiqli namizədlərdən biridir. Futbolçu olduğu zamanlarda lider olub. Arteta "Arsenal"a bələd adamdır və komandada kapitan olub. Klub məndən məsləhət istəməyib. Kimi seçsələr, dəstəkləyəcəm".
Qeyd edək ki, Arteta 2011-ci ildə "Arsenal"a transfer olmuşdu və karyerasını London təmsilçisində başa vurmuşdu. İspan mütəxəssis hazırda "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiolanın köməkçisidir.
Arteta "Arsenal"la müqavilə imzalasa, köməkçiləri Yens Leman, Santi Kasorla və Stiv Bould olacaq.
saytlarin hazirlanmasi