Lempard İngiltərə klubunun baş məşqçisi oldu

12:09 - 31 May 2018

İngiltərə millisinin sabiq futbolçusu Frenk Lempard baş məşqçi kimi ilk klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis İngiltərə Çempionşipində mübarizə aparan "Derbi" ilə razılığa gəlib. Tərəflər arasında anlaşma 3 illik nəzərdə tutulub.

 

Lempard "Vest Hem"in yetirməsidir. Sabiq yarımmüdafiəçi "Çelsi"də uğurlu karyera yaşayıb. O, son olaraq ABŞ-ın "Nyu-York Siti" klubunda çıxış edib.

Xəbər xətti