Ferqyuson evə buraxıldı

11:59 - 2 İyun 2018

Beyninə qan sızdığı üçün əməliyyat olunan "Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Ferqyuson xəstəxadan evə buraxılıb.

 

Sportal.az xəbər verir ki, mayın 5-də xəstəxanaya yerləşdirilən mütəxəssis müalicəsini evində davam etdirəcək.

 

Xatırladaq ki, Ferqyuson 1986-2013-cü illər aralığında “Mançester Yunayted”in baş məşqçisi olub. “Qırmızı şeytanlar” əfsanəvi məşqçisinin rəhbərliyi altında 13 dəfə İngiltərə çempionu, 2 dəfə UEFA Çempionlar Liqasının, 5 dəfə Federasiya Kubokunun, 4 dəfə Liqa Kubokunun qalibi olub.

Xəbər xətti