“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola cəzalandırılıb.
Sportal.az xəbər verir ki, UEFA-nın Nizam-İntizam komitəsi ispaniyalı mütəxəssisin Çempionlar Liqasının “Liverpul”la matçındakı hərəkətinə görə bu qərarı verib. Texniki zonadan qovulan və baş hakimi söyən Qvardiolaya iki oyunluq cəza verilib. Cəzanın yarısı şərti tətbiq olunacaq. Həmin şərti hissənin sınaq müddəti 1 mövsümü əhatə edəcək.
Qvardiola Çempionlar Liqasının qarşıdakı mövsümünün ilk oyununda texniki zonada olmayacaq.
saytlarin hazirlanmasi