Keyn "Tottenhem"lə yeni müqavilə imzaladı

17:59 - 8 İyun 2018

İngiltərənin "Tottenhem" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi komandanın aparıcı üzvü olan Harri Keynlə yeni müqavilə imzalayıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, 25 yaşlı forvardla 6 illik sözləşmə imzalanıb.

 

Qeyd edək ki, İngiltərə millisinin kapitanı olan Keyn "Tottenhem"in yetirməsidi. O, Premyer Liqa klubunun heyətində meydana çıxdığı 213 qarşılaşmada 140 qol vurub.

Xəbər xətti