"Lion" Nabil Fekirin "Liverpul"a transfer olacağı xəbərləri haqda bəyanat yayıb.
Sportal.az xəbər verir ki, Fransa klubu "qırmızılar"la anlaşdığı iddia olunan hücumçunun klubdan ayrılmayacağını açıqladı. "Lion" transfer görüşmələrində razılıq əldə olunmadığını və danışıqların yekunlaşdığı haqda məlumat yayıb.
Qeyd edək ki, "Liverpul"un Fransa millisinin hücumçusu üçün "Lion"la 65 milyon avro qarşılığında razılığa gəldiyi haqda məlumatlar yayılmışdı.
24 yaşlı futbolçu başa çatan mövsümdə 40 oyuna 23 qol vurub, 8 assist edib.
saytlarin hazirlanmasi