"Arsenal" sabiq futbolçusunu geri qaytardı

17:55 - 12 İyun 2018

İsveç milli komandasının və "Arsenal"ın sabiq futbolçusu Fredrik Lyunberqin yeni iş yeri bəlli olub.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis sabiq komandası "Arsenal"da çalışacaq. O, U-23 komandasının baş məşqçisi təyin edilib.

 

Lyunberq 1998-2007-ci illərdə "topçular"da çıxış edib. Veteran futbolçu daha öncə "Arsenal"ın U-15 komandasında çalışmışdı. O, son olaraq "Volfsburq"da köməkçi məşqçi kimi çalışıb.

Xəbər xətti