“Arsenal” futbolçusu Eynsli Meytlend-Naylsla müqaviləni yeniləyib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. Sözləşmənin müddəti və şərtləri ilə bağlı məlumat verilməyib. İngiltərə U-21 millisinin üzvü bundan sonra 15 nömrəli formanı geyəcək.
Qeyd edək ki, “Arsenal”ın yetirməsi olan ingiltərəli futbolçu ötən mövsüm London klubunun heyətində 15 oyuna çıxıb.
saytlarin hazirlanmasi