17 illik "Arsenal" karyerası başa çatdı

10:09 - 20 İyun 2018

"Arsenal"da ayrılıq baş verib.

 

Sportal.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Cek Uilşir "topçular"la başa çatan müqaviləsini uzatmayacaq. Bu baradə klubun rəsmi saytı məlumat yayıb. Uilşir öz sosial şəbəkə hesabında bu haqda paylaşım edib və 17 ildən sonra London klubundan ayrıldığını bildirib.

 

Qeyd edək ki, İngiltərə millisinin üzvü 2001-ci ildə "Arsenal" akademiyasına qatılmışdı. 26 yaşlı yarımmüdafiəçi "Arsenal"da 197 oyun keçirib və 4 titul qazanıb. 

Xəbər xətti