"Arsenal"ın baş məşqçisi Unai Emeri irqçiliyə məruz qaldığı üçün Almaniya millisindən gedən Məsut Özillə bağlı danışıb.
Sportal.az xəbər verir ki, mütəxəssis 29 yaşlı futbolçuya psixoloji cəhətdən yardım edəcəklərini deyib:
"Məsut kömək etmək üçün burdayıq. Biz onun ailəsiyik, klub da onun evidir. Karyeranızda məşqçi və futbolçu kimi tənqidlərə tuş gələ bilərsiz. Biz yaxşı nəticələr qazananda tənqid edənlər də xoş danışır. Bu, onlar üçün adiləşib. Belə şeylərlə yaşamağa məcburuq. "Arsenal"ın Özilə ehtiyacı var və ona dəstək olacağıq".
Qeyd edək ki, Emeri yayda "topçular"ın "sükanı arxası"na keçib və Premyer Liqanın ilk iki turunda məğlubiyyətlə üzləşib.
saytlarin hazirlanmasi