Ceymi Vardi milli karyerasını başa vurdu

18:59 - 28 Avqust 2018

"Lester Siti"nin hücumçusu Ceymi Vardi İngiltərə millisindən gedib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı forvard yığmanın baş məşqçisi Qaret Sautqeytlə söhbət edib və daha çox klub karyerasına köklənmək istədiyini deyib. O, ehtiyac duyulan zaman milliyə qayıdacağını bildirib.

 

Qeyd edək ki, Vardi 2015-ci ildən millidə oynayırdı.

Xəbər xətti