"Bakıda meydança çox yaxşıdı, azarkeşlər isə inanılmazdı".
Sportal.az xəbər verir ki, bu sözləri London "Arsenal"ının qapıçısı Bernd Leno deyib. "Topçular" Avropa Liqasının E qrupunda "Qarabağ", "Sportinq" və "Vorskla"yla birgə mübarizə aparacaqlar. Leno Almaniya yığmasının heyətində Bakya səfərini xatırlayıb:
"Qarabağ"ın futbolçularını elə də tanımıram. Ancaq onu deyə bilərəm ki, bizi uzun yol və maraqlı səfər gözləyir. Ümumilikdə, püşkatma maraqlı alındı. "Sportinq" əla stadionu olan yaxşı klubdu. Digər iki rəqibimizi elə də tanımıram, ancaq maraqlı matçlar olacaq. Təbii ki, uzun səfərlər problemlər yaradır, çünki həmin ərəfələrdə çoxlu oyunlarımız olacaq. Ona görə də uzun yol bərpa olunmaq üçün yaxşı imkan deyil. Ancaq geniş heyətimiz var və baş məşqçi rotasiya edəcək. Həftəsonu oynayan bəzi futbolçuları dəyişə bilər və biz hamımız bu vəziyyətləri bilirik".
Qeyd edək ki, "Qarabağ" "Arsenal"ı oktyabrın 4-də qəbul edəcək. Cavab qarşılaşması isə dekabrın 13-ü Londonda baş tutacaq.
saytlarin hazirlanmasi