İngiltərə Premyer Liqasının ilk 4 turunda qalib gələn "Çelsi"nin baş məşqçisi Mauritsio Sarri açıqlama verib.
Sportal.az xəbər verir ki, 59 yaşlı mütəxəssis onun əvəzinə "Napoli"yə baş məşqçi təyin edilən Karlo Ançelottinin klubun binasına gəldiyini TV-də gördüyünü deyib:
"Evdə yemək yeyirdim. Ailəmlə "Napoli"də qalıb-qalmayacağımı müzakirə edirdik. Daha sonra TV-ni açdım və Karlo Ançelottini klubun binasına daxil olduğu xəbərini gördüm. Həmin nələri düşündüyümü özümdə saxlayacam".
"Napoli"nin prezidenti Aurelio De Laurentiis açıqlamalarının birində Sarrini günahlandırmış və "Biz ona hər cür şərait yaratdıq, amma bizə bir kubok olsa da, qazandırmadı" demişdi.
Qeyd edək ki, Sarri 2015-2018-ci illərdə "Napoli"də baş məşqçi olub.
saytlarin hazirlanmasi