Bundesliqanın start vaxtı müəyyənləşdi

12:37 - 7 May 2020

Almaniya Bundesliqasının bərpa vaxtı məlum olub.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, çempionatın oyunları mayın 16-da bərpa ediləcək.

 

Almaniya höküməti Bundesliqa və II Bundesliqanın mayın 2-ci yarısından sonra davam etdirilməsinə icazə verib.

 

"Yığmanın çalışdırıcısı olaraq, əlbəttə, milli üzvlərinin rəqabət rejiminə başlamalarına sevinirəm. Bu, milli komanda üçün önəmli addımdır", - Almaniya millisinin baş məşqçisi Yoahim Löv deyib.

 

Almaniyada futbol liqaları martın ortasında COVID-19 pandemiyasına görə dayandırılmışdı.

Xəbər xətti