"Sabah" futbolçusunu Niderland klubuna icarəyə verdi - RƏSMİ

“Sabah” və Niderlandın “Telstar” klubu arasında Ozan Can Kökcünün icarəyə verilməsilə bağlı razılıq əldə olunub.

 

Sportal.az xəbər verir ki, müqaviləyə əsasən, gənc yarımmüdafiəçi cari mövsümün sonuna kimi Niderland 2-ci liqa təmsilçisində çıxış edəcək.

 

Ozan Can Kökcü 2019-cu ilin yayından “Sabah”ın uğurları üçün çalışır. Bu müddətdə komandanın əsas heyət üzvlərindən birinə çevrilən gənc futbolçu, “göy-ağ” formada 29 oyun keçirib, 1 qola imza atıb. Azərbaycanın U-21 millisinin də əsas üzvlərindən olan Ozan Canın icarəyə verilməsində onun Avropa təcrübəsi qazanması və özünü inkişaf etdirməsi perspektivləri əsas götürülüb.

Tarix: 13 Yanvar [15:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 İyun 2021
18  İyun 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio