"Neftçi"dən ayrılan futbolçu BƏƏ klubunda

23:34 - 7 İyul 2025

“Neftçi”dən ayrılan braziliyalı müdafiəçi Yuri Matias özünə yeni klub tapıb.

Sportal.az xəbər verir ki, 30 yaşlı müdafiəçi BƏƏ klubu "Ajman" ilə müqavilə imzalayıb.

Xatırladaq ki, Matias 2022/2023 mövsümünün əvvəlindən “Neftçi”nin formasını geyinirdi. Bu müddət ərzində braziliyalı 71 oyun keçirib və 10 qol vurub. O, "Neftçi"yə qədər "Amerika", "Akademika", "Traktor", "Qaz Metan", "ÇFR Kluj" klublarında oynamışdı.


Xəbər xətti