Türkiyənin "Konyaspor" klubu futbolçusu Alassane Ndao ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi seneqallı vingerlə müqaviləni ləğv edib. Klub bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) məlumat verib.
28 yaşlı ön xətt oyunçusu mərc oyunlarında iştirak etdiyi üçün məhkəmənin qərarı ilə həbs olunub.
Qeyd edək ki, "Konyaspor" Alassane Ndaonu 2024-cü ilin yanvar ayında "İstanbulspor"dan transfer etmişdi. Təcrübəli futbolçu bu mövsüm "ağ-yaşıllar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
