"Borussiya"nın kapitanı üçün mövsüm erkən başa çatdı

14:51 - 2 Mart 2026

Almaniyanın "Borussiya" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, komandanın kapitanı Emre Can sıradan çıxıb.

Almaniya millisinin sabiq üzvü Bundesliqanın 24-cü turunun "Bavariya" ilə oyununda (2:3) zədələnib. Sol dizinin çarpaz bağları qopan 30 yaşlı yarımmüdafiəçi mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Borussiya" Emre Canı 2020-ci ilin yayında "Yuventus"dan 25 milyon avroya transfer edib. Təcrübəli futbolçu bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti