“Qarabağ” və “Bude-Qlimt” birdəfəlik layihədir” - rusiyalı mütəxəssis

16:49 - 1 Mart 2026

Tanınmış rusiyalı mütəxəssis Rinat Bilyaletdinov bildirib ki, Rusiya klubları Çempionlar Liqasında iştirak etmək imkanı əldə etsəydilər, turnirdə itib-batmazdılar. 

Sportal.az xəbər verir ki, o, fikirlərini "Evro-futbol.ru" nəşrinə müsahibəsində bölüşüb. Bilyaletdinov "Qarabağ"ın turnirdəki çıxışı haqda da danışıb:

“Əslində müqayisəni meydanda aparmaq lazımdır. Amma düşünürəm ki, bizim klublar da Çempionlar Liqasında itib-batmazdı. "Qarabağ" və "Bude-Qlimt" birdəfəlik layihədir. Sərmayə qoyulub, oyunçular alınıb və qarşıya pley-offa çıxmaq vəzifəsi qoyulub. Bu da işdir, hamını bir sistemə salmaq, bir-birini başa düşmələrini təmin etmək lazımdır. Əgər futbolçular yüksək nəticə göstəriblərsə, ola bilsin ki, növbəti mərhələyə məhz ustalıq səviyyəsinə görə yüksəliblər. Amma onların nə dərəcədə sabit komanda olduğunu zaman göstərəcək”.

Qeyd edək ki, “Qarabağ” və "Bude-Qlimt" Çempionlar Liqasının liqa mərhələsində 24 ən yaxşı komanda sırasına düşərək 1/16 finala vəsiqə qazanıblar. Azərbaycan klubu "Nyukasl"a məğlub olub (1:6, 2:3), Norveç təmsilçisi isə "İnter"i iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb (3:1, 2:1).

Xəbər xətti