"Milan"ın yeni transfer hədəfi

11:33 - 2 Mart 2026

"Milan"ın növbəti transfer hədəfi bəlli olub.

Sportal.az "Tuttomercato"ya istinadən xəbər verir ki, "rossonyerlər" "Borussiya"nın (Dortmund) forvardı Serhu Girassi ilə yaxından maraqlanır. 

29 yaşlı futbolçunun "Milan"a keçməyə müsbət yanaşıb-yanaşmadığı bəlli deyil.

Amma İtaliya nəhəngi Dortmund klubuna təklifini irəli sürüb. 

Qvineya millisinin əsas forvardının "Borussiya" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

O, “Laval”, “Lill”, “Oser”, “Köln”, “Amien”, “Renn”, “Ştuttqart” klublarında çıxış edib.
 

Xəbər xətti