“Lill”, “Çelsi”, “Real” və Belçika milli komandasının keçmiş oyunçusu Eden Hazard 32 yaşında karyerasını bitirməsinə səbəb olan zədə ilə bağlı xatirələrini bölüşüb.
Sportal.az “Madrid Xtr” sosial şəbəkə hesabına danışan belçikalı həmin anları belə xatırlayıb:
“Əla formada idim, sonradan millidən də komanda yoldaşım olmuş Tomas Menye məni zədələdi və hər şeyi məhv etdi. İki-üç il əvvəl "Çelsi" ilə oyunda oxşar sınıq olmuşdu. Zədədən sonra sağaldım, sonra isə "Levante" ilə oyunda eyni topuğumu yenidən sındırdım. Problemlər də elə o zaman başladı”.
Qeyd edək ki, Eden Azar 2019-cu ilin noyabr ayında “Real”ın heyətində PSJ-yə qarşı keçirdiyi matç zamanı Tomas Menye tərəfindən zədələnmişdi.
saytlarin hazirlanmasi
