"Quba"nın ev oyununun yeri dəyişdirildi

21:25 - 28 Fevral 2026

1 mart tarixində II Liqanın 16-cı turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Quba” - “Kür-Araz” oyununun yeri dəyişdirilib.

Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Quba şəhərində müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən Quba Olimpiya İdman Kompleksinin stadionunun oyuna hazır vəziyyətə gətirilməsi mümkün olmadığından, hər iki klubun qarşılıqlı razılığı əsasında oyunun Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirilməsi qərara alınıb. Oyunun başlama saatı ilə bağlı dəyişiklik yoxdur.

Xəbər xətti