"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Ramon Alvares məlumat yayıb.
"Kral klubu" mövsümün sonunda Rodrinin fiziki durumunu dəyərləndirdikdən sonra yekun qərarını verəcək. 29 yaşlı dayaq yarımmüdafiəçisinin hər hansı ciddi zədəsi olmasa, "Real" İngiltərə klubuna 50 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, "Mançester Siti" Rodrini 2019-cu ilin yayında "Atletiko"dan 70 milyon avroya transfer edib. İspaniya millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 22 rəsmi matçda 1 qol vurub. Oyunçunun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi
