"Bizim çox güclü komandamız var, ən yaxşı nəticəni göstərmək istəyirik" - millimizin baş məşqçisi Avropa çempionatındakı şanslarımız haqda

11:49 - 2 Mart 2026

Minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev Sportal.az saytına açıqlama verib.

O, yayda Slovakiyada keçiriləcək yığma komandamızın Avropa çempionatındakı şanslarını dəyərləndirib:

"Bizi çətin çempionat gözləyir. Bunu dəqiqliklə deyə bilərəm. Əslində, püşkatmanı dəyərləndirsək, məncə, ağır qrupa düşmüşük. Rəqiblərimiz arasında İtlaiya, Fransa, Avstriya yığması var. Ola bilər ki, Fransa və İtaliya bizə tanışdır, amma Avstriya yığması da yeni milli deyil. Tanıdığımız yığma komandadır. 2024-cü ildəki Avropa çempionatında oynayırdı. Yaxşı da komandadır. Hər bir komandaya qarşı görüş ağır və gərgin keçəcək. Amma təbii ki, biz də hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, tam hazır olaq çempionata və ən yaxşısını etməyə çalışacağıq.

Bizim özümüzün də çox güclü komandamız var. Çalışmalıyıq ki, ən yaxşı nəticəni göstərək. Bilirəm ki, güclü kollektivə sahibik. Bunu reallaşdırmaq üçün oynayacağıq. Milli çempionatımız daha da güclənib. Bu, bizi daha da sevindiri. Bilirsiz, daha güclü yerli liqa, daha güclü milli komanda deməkdir. Minifutbol dünyada inkişaf dövrünü yaşayır. Biz də dayanmırıq, çempionatımız güclüdür, millimiz də güclüdür. Hazırlaşacağıq. Ən yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik".

Mirbağırağa

Xəbər xətti