Millimizin Avropa çempionatındakı rəqibləri bəlli oldu

22:28 - 27 Fevral 2026

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri bəlli olub.

Sportal.az xəbər verir ki, püşkatma mərasimi Slovakiyanın paytaxtı Bratislavada keçirilib.

Püşkatma zamanı birinci səbətdə yer alan Azərbaycan komandası F qrupunda Fransa, İtaliya və Avstriya yığmalarına rəqib olub.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Bratislavada təşkil olunacaq.

Xəbər xətti