"Borussiya" və Almaniya millisinin üzvü Yulian Brandt karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçuya Milanın iki komandası təklif göndərib.
Həm “Milan”, həm də “İnter” Brandt üçün təklif göndərib. “Borussiya” ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq almanın Milanın hansı klubunun təklifinə razılıq verəcəyi dəqiq deyil.
O, karyerası ərzində “Volfsburq”, “Bayer”(Leverkuzen) klublarında oynayıb.
